11 Окт 2009
Gülən qız.
O çox yaxşı biri idi. Çox sevirdi gülməyi, güldürməyi. Istəyirdiki yanında olan insanın əhvalından təsir alsın, öz təbəssümündən yox. Hər bir pis situasiyada etdiyi bir zarafat problemə optimist baxmaq üçün atmosferi dəyişirdı. Ətrafındakillarin ona məsləhəti “həmişə belə şən və gülərüz qal” , kamplimentləri isə “sənə gülmək yaraşır” olardı. Insanlara onun ağlayan tərəfi maraqlı gəlmirdi, çünki onlar gülən qız haqda söbət gedəndə sadəcə onun təbəssümünü yada salanda xoşbəxt olurdular. O da buna razı idi. Onlara istədiyini veərdi. Bunuçün içindəki vulkanı ağzi baglı saxlayardı. Ama o vulkan orda qaldıqca dahada qəzəblə çölə çirpınardı. Bu vaxtlar o tez gözə çarpırdı. Ətrafdakilər gülən qızın yox olduğunu görəndə onu kədərli halda sevə bilmədiklərinə pis olurdular. Rola girib bunu edə bildiklərini sübut edəndə isə bu onlarda alınmırdı. Gülən qızın ağlamaqçün çox səbəbi, göz yaşlarını gizlətməkçün onda iki qat çox onu gülərkən sevən yaxınları var idi.
Onun təbəssümümdən həzz alan bir yaxın rəfiqəsi var idi. O rəfiqəsinin xoşbəxtliyi üçün dəridən-qabıqdan çıxaraq nəivar təbii sevincin əlaməti olan içdən təbəssüm etməyə çox çalışardı. Illərlə onun xoşbəxtliyi üçün gülə bilərdi. Həmişə ona zəng edəndə, ondan gülməsini xaiş edərdi, sonra onu nəcə çox istədiyi haqda danışardı. Indi o rəfiqəsinin yerində olmaq istəməzdim.
Bu dəqiqə onun anası qızının paltarlarını qoxlayıb ağlayarkən, onu tanıyanların əksəriyyəti bu addımını başa düşməyərək bir sual barəsində düşünurlər “onu buna nə vadar etdi? Axı o xoşbəxt idi…” bax elə burdada bəşəri bir səf var. Gülmək xoşbəxtliyin əlaməti deyil. Təbəssüm qorxaq aglayanların maskasıdı.
Sevgiyə çox qəribə yanaşma tərzi var idi. Onun həyatında sevdiyi, ona görə çox şeydən keçəcəyi biri yox idi. Ama buna baxmayaraq sevgini dadmağı çox istəyirdi. Mənə həmişə axtardığı insanın onun ömrünün sonuna 2 gün qalmış tapacağından və bir ömru onun axtarışlarına həsr etdiyinə o gün heç peşmançılıq çəkməyəcəyinə hətda sevinəcəyinə söz verirdi. Ama, müdrik oşonun “insanlar hissləri söz verə bilməz, hərəkətləri söz verə bilər, və bu hərəkətlərlə hisslərinin sadəcə yalandan təsvir edə bilər demişdi.
O çox insana yanında həmişə olacağına söz verirdi. Bu sözləri əlbətdə tutacaq. Çünki onun ölümü, onu həqiqətən sevənlər üçün son ola bilməz.
Ona biri söz vermişdi ki, “bu həyatda olmasa belə onun yanında olacaq” bəlklə indi bu yazını həmən o şəxs oxuyur. Ondan çox xaiş edirəm! GÜLƏN QIZA VERDİYİN SÖZÜ TUT! Çünki o son nəfəsində sənin o sözünü yada salıb bir dəfə daha güldü. Bu gülüş “yaşayarsız, görərsiz, mən ölüb görəcəm, narahat olmayın” dedi. O insan onu gülməyəndə belə çox istəyə bilirdi. Sən mənsən, mən mənə pis heç nə edə bilmərəm deyə düşünürdü gülən qız.
Biri var, bu dəqiqə oturub iş yerində normal, sakit həyatında davam edir. msn-ə giri, facebookdadi bəlkə, bəlkədə ona tutunub yaşayanların əllərini isidir. Yoox,o bixəbər deyil! onun bu hadisədən xəbəri var. Gülən qızın ölümünə həqiqətən ağlayan biridi bəlkə o. Ama ətrafındakilər hələdə elə düşünür ki onun hissləri yoxdu və gülən qızın ölməsi və ya yaşaması onu maraqlandırmırdı elə də. P.s.”das ist mir egal”…. Ama heç kəs bilmirki o, bir gün,gülən qız, ağlada-ağlada ürəktən güldürən tək insan olub. Gülən qız yalanlarıyla kirlətmək istəmədiyi tək insan ıdı o. Bəlkə gülən qız onun xaışıylə hər şeyi dəyişə bilərdi, ama nə o xaış etmədi, nə gülən qız dəyişmək istəmədi.
Deyirlər intihar qorxaqların ışıdi, əsl güclü insan həyatı atıb qaçmamalıdı. Öz subyektiv fikrimdi, ama mən bunla qəti razı deyiləm. Insan anadan olduğu gündən həyata kök salır ağac kimi. Bu köklər ev, dostlar, yaxınlar, qohumlar, məktəb, ictimai həyat, maraq dairələri, xobbiləri və s. olur. Məncə bir insanın içində o qədər güc olmalıdıki bunlardan qopub belə bir addım atsın. Məncə qorxu içimizdə hər gün həyatda yeni gözlənilməs sürprizlə qarşılaşanda artır. Qorxulardan qorxmaq yox, onlardan bezmək normaldı. Bir insan çox güclü olmalıdır bütün maraq və gələcək plan, arzuların üzərindən xətt çəkə bilsin. O ki qaldı o qoyub getdikləri haqda fikirləşməli olduğuna, o insanlar özləri bir fikirləşsin ki onun yaşamasını istərkən onun bu əzaba dözməyə məcbur edirdilər. Bu nə dərəcədə düzdü?
Indi, mən bu məqaləni yazanda və sonra sən bu məqaləni oxuyanda gülən qızın ahrda olduğu haqda bir sual yaranacaq. O hələ burdadı, o bu məqaləni yazır. O onun olmadığı bir gün haqda yazır. O onun olmayacağı bir günün olacağı haqda yazır. Ama bu ekclusive olmalıdı. Onun trackleri kimi ona görədə bu plan – sirdi. Heç kmə hələki demə. Bir gün bu real olandan sonra deyə bilərsən ki Gülən Qız-n bu hərkəti edəcəyini bilirdim. Onun bloqunda oxumuşdum bunu…